KIA HAQQINDA AZƏRBAYCAN
k-1-döyüşləri
KİA Kuboku ugrunda K-1 döyüşləri
Kia Azərbaycan şirkəti idman və mədəniyyət sahəsində keçirilən layihələrdə sponsorluğa xüsusi diqqət ayırır. Belə ki, Kia Azərbaycan şirkəti Kia kuboku uğrunda K-1 döyüşləri üzrə açıq çempionata baş sponsorluq etmişdir.
K-1 döyüşləri usta İşi Kazuyoşi tərəfindən 1993-cü ildə təsis edilmişdir. Kazuyoşinin məqsədi bütün döyüş növlərini bir rinqdə cəmləşdirmək idi. Belə ki, K-1 döyüşlərində karate, uşu, muay tay, taekvando, kikboksinq elementləri var. Hazırda "K-1 Dünya Qran Pri" yarışı mükafat fondunun həcminə görə peşəkar döyüş təşkilatları arasında dünyada birinci yerdədir. Bu döyüşlər əsasən iki çəki dərəcəsində K-1 MAX seriyasında 70 kq-dək və 70 kq-dan yuxarı yəni, ağır çəkidə keçirilir. Döyüşlər bu çəki dərəcələrinin hər birində təşkil olunur. Bütün döyüşlər 3 raund olmaqla 3 dəqiqədən ibarətdir. Əlavə məlum üçün www.k-1.co.jp saytına müraciət edə bilərsiniz.
Azərbaycanın paytaxtı Bakıda Beynəlxalq səviyyədə keçirilən bu yarışda Azərbaycan idmançıları ilə yanaşı, həm də Gürcüstan, Rusiya və Irandan yarışa qoşulanlar vardır. 10 idmançı arasıda gərgin mübarizədən sonra qalib müəyyən olmuşdur.
Beynəlxal K-1 yarışının qalibi və əsas mükafatın Kia kubokunun sahibi Gürcüstan təmsilçisi iki qat dünya kubokunun sahibi və iki qat avropa çempionu Dato Cavaxiya olmuşdur. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Prezidenti K-1 yarışı ilə əlaqədar keçirilən mətbuat konfransında öz təşəkkürlərini bildirərək bu ilk anlarında onlara Kia-un yardımının nə qədər əhəmiyyətli olduğunu və əsas məqsədimizin Kia Kubokunu qazanmış qalibin "Qran Pri" yarışında iştirak etməsini vurgulamışdı.