KIA HAQQINDA AZƏRBAYCAN
var-gucu-ile
Var gücü ilə
Azərbaycan xalqına, onun sağlamlığına və bütünlükdə idmana böyük diqqət və qayğı ilə yanaşan Kia şirkəti öz imicinə uyğun olaraq idman və mədəniyyət sahəsindəki təşəbbüsləri daim dəstəkləmiş və dəstəkləməkdədir. Bunun sübutu kimi Kia Azərbaycan şirkətinin "Var gücü ilə" adlı armreslinq müsabiqəsinə baş sponsorluq etməsindən gedir. 10 peşəkar idmançının qızğın mübarizəsi ilə keçən yarışma Azərbaycan əhalisinin, xüsusilə də gənc nəslin böyük marağına səbəb olub. İctimai Televiziyada canlı olaraq yayımlanan yarışmanın iştirakçılarının professionallığı da nəzərdən qaçmayan və hətta yarışmaya marağı daha da artıran əsas amillərdən biri idi. Azərbaycan Respublikasının İdman və Gənclər Nazirliyi, həmçinin Armreslinq Federasiyasının rəğbəti və dəstəyi ilə keçirilən yarışmada iştirak edən idmançılar arasında dəfələrlə Respublika, 2 qat Dünya çempionları, Beynəlxalq yarışmaların qalibləri və finalçıları vardı.
Kia Azərbaycan müsabiqənin kütləviləşməsi və tanıtdırılması üçün səylərini əsirgəməyib. Yarışmanın sonunda şirkət müsabiqənin qalibi 2 qat Dünya çempionu Zurab Bəxtiyarova Kia Cerato avtomobilini təqdim edib. Zurab avtomobili qəbul edərkən bildirdi ki, bu yarış doğma ölkəsində keçirildiyi və eyni zamanda canlı yayımda həmvətənlilərin gözü önündə qalib gəldiyi üçün Kia Cerato avtomobili onun indiyə qədər qazandığı ən dəyərli mükafatdır. Bütün bunlar göstərir ki, Kia avtomobilləri qaliblərə layiq avtomobillərdir.