-
12,3 düymlük displey
-
Təhlükəsizlik sistemləri
-
BOSE səs sistemi
Yeni Kia Carnival
Seqmentinin lideri

Öz sinfinin şərtsiz lideri olan Kia Carnival ilə innovasiyalar dünyasını kəşf edin. Bu avtomobil sizin gündəlik həyatınızı yeni təəssüratlarla zənginləşdirəcək.

Yeni dizayn bu ailə krossveninə zəriflik bəxş edir, dəbdəbəli interyer rahatlığı təmin edir, mükəmməl idarələnmə isə istənilən yolda əminliyə zəmanət verir.
Yeni Kia Carnival
Seqmentinin lideri
Eksteryer
Xarici görünüş

Yeni Kia Carnival-ın hər detalında əks olunan nəfis və zərif dizaynı bu ailə krossveninə sizin həyat tərzinizlə ahəng yaradan təkrarolunmaz üslub bəxş edir.



Eksteryer
Xarici görünüş
İnteryer
Yerləşmək üçün geniş imkanlar

Panoramik monitora malik müasir və dəbli interyer tərtibatının zərifliyi, rahatlığı və funksionallığı ilə seçilir.

Sükan arxasında rahatlığı təmin etmək üçün oturacağın içərisində bir neçə hava rezervuarları yerləşdirilib. Hərəkət rejimindən və ya avtomobilin sürətindən asılı olaraq optimal dəstəyin təmin olunması üçün bu hava rezervuarları müvafiq şəkildə idarə olunurlar.

Bel və baldırlar üçün yüksək effektivli masaj sistemi sayesində uzaq səfərlərdə sərnişinlərin yorulmasının qarşısı alınır (yalnız 7 nəfərlik avtomobillərdə).

Mərkəzi paneldə və qapılarda dekorativ işıqlandırma premium avtomobillərə xas olan detaldır. Dəbdəbəli, üçölçülü naxış müxtəlif rənglərlə parıldayır və salonda xüsusi atmosfer yaradır.

Arxa qapılardakı pərdələr həm rahatlığı, həm də konfidensiallığı təmin edirlər.
İnteryer
Yerləşmək üçün geniş imkanlar
Güc aqreqatları
Hibrid və dizel

Altıpilləli sürət qutusu ilə birgə çalışan bu aqreqat maksimal qənaəti təmin edir.

440 Nm fırlanma anına malik dizel mühərrik 0-100 km/s sürətlənməni cəmi 9,3 saniyəyə təmin edir.
Güc aqreqatları
Hibrid və dizel
Qabaqcıl texnologiyalar
Rahatlığınızın və təhlükəsizliyinizin keşiyində
-
Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
-
Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60