Şəhərin kompakt qəhramanı
Eksteryer
Şəhər gənclərə məxsusdur
Əgər şəhər sizə cavanlıq və gümrahıq hissi bəxş edirsə və siz yeni yerləri kəşf etməyə hazırsınızsa, deməli Picanto sizin yol yoldaşınız olmağa qadirdir. Kiçik ola bilər, amma içərisi geniş və maraqlı ideyalarla doludur.
Hər zaman dəbdə
Ən gəzməli və görməli yer haradadır? Çox güman ki, Picanto-nun olduğu yerdən uzaq deyil. Cəlbedici cizgiləri və xarizması ilə diqqət mərkəzində olmaqdan zövq alın.
-
Güzgülərdə yan dönmə işıqları
Kuzov rəngində boyanmış yan güzgülər avtomobilə lüks görünüş bəxş edir. Opsiya kimi üzərində dönmə işıqları, isitmə funksiyası və elektrik qatlanma mexanizmi təklif olunur. -
Xrom örtükıü qapı tutacaqları
-
Üçüncü əyləc işığı
Arxa şüşənin üzərindəki nazik spoylərin üzərində yerləşmiş əyləc lampası siz avtomobilinizi tormozıayarkən arxadan gələn sürücüləri bu barədə etibarlı şəkildə xəbərdar edir.
İnteryer
Sizi qarşılayacaq gərçək dəb
Picanto-nun gözoxşayan ön paneli idarəetmə, əyləncə və iqlimə nəzarət zonalarına bölünüb. Geniş, işıqlı və müasir görünüşlü interyer intuitivliyi ilə seçilir.
Genişdir. Arxayın olun.
Kiçik bir avtomobildir, lakin həm tavanın hündürlüyü, həm salonun eni, həm ayaqlar üçün bol yer və hətta ön oturacaqlar arasındakı dirsəkaltı Picanto-nun komforta ciddi yanaşdığını vurğulayır.
-
Hündürlüyə görə tənzimlənən elektrik gücləndiricili sükan
Motorla idarə olunan sükan dönməni asanlaşdırır, hündürlüyə görə tənzimləmə isə sükan arxasında optimal vəziyyətin almağa imkan verir. -
2,6 düymlük monoxrom LCD
Bu displeydə ümumi yürüş, gündəlik yürüş və havanın temperaturu kimi məlumatlar əks olunur. -
4,2 düymlük "supervision" panel
Cihazlar panelində spidometr və taxometr halqalarının arasında yerləşən monoxrom LCD displeydə şinlərdəki təzyiq barədə xəbərdarlıq və avtomobil və yürüş barədə digər mühüm məlumatlar əks olunur.
-
Audiosistem
Opsional audiosistem RDS və monoxrom TFT LCD displeyə malikdir. Radiodan əlavə, USB girişlər mövcuddur ki, onların vasitəsilə sistemə portativ qurğular qoşmaq mümkündür. -
İqlimə avtomatik nəzarət
Arzuladığınız temperaturu bir toxunuşla təyin etməkdən həzz alın: avtomatik sistem siz onu dəyişənə və ya ləğv edənə qədər salonda təmin edəcək. -
İqlimə mexaniki nəzarət
Sadə qrafika temperatur və hava axını istiqamətini seçməyə və istədiyiniz zaman onları tez tənzimləmək imkan verir. İşıqlandırılan nişanlar qaranlıq olduqda mövcud parametrləri aydın şəkildə əks etdirir.
-
Audiosistemin məsafədən idarə olunması
Sükan üzərindəki düymələr gözlərinizi yoldan ayırmadan audiosistemin funksiyalarını tənzimləməyə imkan verir. -
Bluetooth: sərbəst əllər
Quraşdırılmış Bluetooth® sistemi mobil cihazların asanlıqla qoşulmasını, onlardakı musiqilərin avtomobilin audiosistemi vasitəsilə oxudulmasını və "sərbəst əllər" funksiyası sayəsində telefon zənglərinin asanlıqla idarə olunmasını təmin edir. -
İşıq sensoru
Dəyişdiricini "avtomatik" rejimə keçirdikdə, işıqlandırma şəraitindən asılı olaraq ön və arxa işıqlar avtomatik olaraq yanacaq və ya sönəcəklər. -
USB port
Audiopleyerləri və mobil cihazları USB vasitəsilə avtomobilin audiosisteminə qoşun yol boyu rəqəmsal musiqilərdən həzz alın.
-
Yüngül xəlitəli pedallar
Avtomobil idmanından seriya modellərinə keçmiş yarış pedalları idarəetməyə əlavə həzz qatır. Rezin zolaqlar ayaqqabı ilə təması daha etibarlı etmək üçün nəzərdə tutulub. -
Günlükdəki güzgünün işıqlandırılması
Görüşə hazırlaşarkən, bir daha güzgüyə baxmağı unutmayın. Günlüyü aşağı salıb kosmetik güzgünü açdıqda iki tərəfdə əsas lampalar və U şəklində dekorativ işıqlanma yanacaq. -
Yüksək tezlik dinamikləri
Tviter adlanan bu dinamiklər yüksək tezlikli səslərə cavabdehdirlər. -
Lyuk
Günəş işığını və təravətləndirici bir mehi salona buraxmaq üçün bir düyməni basaraq kifayətdir. Geniş lyuku açdıqda Picanto-nun interyeri daha geniş və işıqlı olur.
Əsas məqamlar
Şəhər həyatı uyğunlaşmağı tələb edir
Sərnişinləri, baqajı və ya hər ikisini daşımaq lazımdır? Picanto sizi seçim qarşısında qoymayacaq. Alış-verişdən və dostlarınızla yol gəzintisindən zövq alın.
-
60:40 nisbətində qatlanan arxa oturacaqlar
Maksimum uyğunlaşma üçün arxa oturacaqlar 60:40 nisbətində qatlanaraq düz döşəmə yaradırlar. Oturacaqları ayrılıqda və ya eyni vaxtda qatlamaqla sərnişin sayını və yük həcmini tənzimləmək mümkündür. -
İkisəviyyəli baqaj bölməsi
Yük bölməsinin döşəmə rəfi gizli bir bölmə yaradır ki, lazımsız baxışlardan kənar saxlamaq istədiyiniz əşyaları orada yerləşdirəsiniz. -
İkili rəf
İqlimə nəzarət zonasından aşağıda yerləşən ikili rəf eynək, smarfon və digər kiçik əşyalar üçün əlverişli yerdir.
-
Əlcək dolabı
Əlcək dolabın hər zaman lazım ola bilən və asanlıqla əldə edilə bilən əşyaların saxlanılması üçün ideal bir yerdir. -
Ön stəkan yerləri
Ön stəkan altlıqları içkilərin etibarlı fiksasiyasını təmin edir. -
Mərkəzi dirsəkaltı
Mərkəzi dirsəkaltı qolunuzun rahat yerləşməsini təmin edir. -
Ağıllı açar
Ağıllı açar, onu cibdən çıxarmadan qapıların kilidini açmaq və ya kilidləmək və sadəcə düyməni basaraq mühərriki işə salmaq imkanı verir.
Performans
Həqiqətən etibarlı bir performans
Etibarlı, səmərəli və lazım gəldikdə hətta əyləncəli ola bilən Picanto-nun mühərrik və transmissiyası sizi həyat səyahəti boyunca əminliklə təmin edəcəklər.
Təhlükəsizlik
Yüksək möhkəmliyə malik polad (AHSS) və isti ştamplanmış polad
Picanto-da istifadə olunan poladın 44%-dən çoxu yüksək möhkəmliyə malik polad (AHSS) olduğundan, konstruksiyanın fenomenal sərtliyi əldə olunub. Ən yüklənmiş zonalarda isə isti ştamplanmış polad komponentlər tətbiq olunur.Nəticədə kuzovun dartınmaya qarşı orta davamlılığı əhəmiyyətli dərəcədə artmış, bu isə daha möhkəm salon və daha yüksək dinamik performans deməkdir.
- Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
-
Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60