- E-GMP
- Sürətli şarjetmə
- ADAS
360 Vizualizasiya
Tədqiqat
EV9-un dizayn xüsusiyyətləri
- TƏDQİQ ETMƏK Rəqəmsal naxışlı işıqlandırma
-
Unikal rəqəmsal naxışlı işıqlandırma sayəsində sadə və eyni zamanda hay-tek görünüş əldə olunur. Dinamik salamlama işıqlandırılması funksiyasına malik balaca kub formalı faralar öz kosmik görünüşü və şaquli yerləşməsi ilə futuristik obraz yaradırlar.
Bəzi rəng paketləri və opsiya seçimləri əlavə opsiya və paketlərin mövcudluğunu və yə xaric olunmasını tələb edə bilərlər.
Bu saytda təqdim olunan bütün eksteryer, interyer şəkilləri və spesifikasiyaları dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və mövcud məhsuldan fərqlənə bilərlər.
Ön hissəsindəki rəqəmsal pələng siması sayəsində EV9 modelinin minimal, lakin güclü identikliyinin şahidi oluruq. Şaquli faralar kuzovu vizual olaraq enliləşdirərək, avtomobili daha sanballı göstərir, həcmli radiator barmaqlığı ərazisi isə "pələng burnu" təsvirini daha da qabardır.
Sükan çarxındakı işıqlanan emblem Kia EV identliyini saçır. Kia-nın futuristik və innovativ ruhunu gündəlik səyahətləriniz zamanı hiss edin.
Damdakı qara rəngli körpü formalı yük qövsləri baqajın yerləşdirilməsi kimi praktikliklə yanaşı, avtomobilə həm də yolsuzluq estetikası bəxş edir.
Bu disk dizaynı eksklüziv olaraq GT-line üçün nəzərdə tutulub. Onun həndəsi kvadrat forması EV9-un unikal gözəlliyinə səciyyəvi cizgilər əlavə edir.
Dizayn
Cəsarət sərhədsizdir
Məkan
Müqayisəolunmaz genişlik
EV9 - Kia-nın innovativ E-GMP platforması üzərində qurulmuş ilk ortaölçülü SUV modelidir. Düz döşəmə qeyri-adi rahatlıq və praktikliklə yanaşı tam yeni səviyyəli genişlik təklif edir.
*Nümayiş üçün nəzərdə tutulmuş, əlavə funksiyalara malik EV9. Xüsusiyyətlər, rənglər, materiallar, aksesuarlar və spesifikasiyalar seriya modelində ölkədən asılı olaraq fərqlənə bilər.
*Nümayiş üçün nəzərdə tutulmuş, əlavə funksiyalara malik EV9. Xüsusiyyətlər, rənglər, materiallar, aksesuarlar və spesifikasiyalar seriya modelində ölkədən asılı olaraq fərqlənə bilər.
EV9 dayandığı halda arxa qapıları açıb (altıyerlik versiyada) üçüncü sıra sərnişinləri ilə daha mehriban ünsiyyət üçün ikinci sıra oturacaqlarını 180° döndərmək mümkündür.
Yeddiyerlik modellərdə rahat və geniş baqaj bölməsi əldə etmək üçün bir düyməyə basmaqla ikinci və üçüncü sıra oturacaqlarının söykənəcəkləri qatlamaq mümkündür. Avtomobil hərəkətsiz vəziyyətdə olduqda yaranmış düz döşəmədən həm də istirahət məqsədləri üçün istifadə etmək olar.
Maksimal komforta nail olmaq istəyirsinizsə, tənzimlənən, sürüşən və ayaqlar üçün xüsusi dayaqlara malik premium rahatlaşdırıcı oturacaqları sınayın. Həqiqi rahatlaşdırıcı səyahət üçün bədənə dinamik qulluğu təmin edən sakitləşdirici massaj nəzərdə tutulub.
Məkan
Müqayisəolunmaz genişlik
Performans
Həmişəkindən daha üstün
19 düymlük təkərlərlə təchiz olunmuş 149 kVt gücə malik 2WD modeli bir şarjla 563 km yol qət edə bilər. 19 düymlük təkərlərlə təchiz olunmuş 283 kVt gücə malik AWD modelin isə bir şarja topladığı enerji 512 km yola kifayət edir.
*Yürüş və güc göstəriciləri WTLP testlərinə əsaslanırlar.
*Yürüş və güc göstəriciləri WTLP testlərinə əsaslanırlar.
İnnovativ şarj sisteminə malik elektromobili sınayın. 249 km yürüş üçün cəmi 15 dəqiqəlik şarj tələb olunur (2WD modeli uzun yürüş rejimində). 24 dəqiqiəlik tez şarj sayəsində akkumulyatorların enerji səviyyəsi 10 faizdən 80 faizə qalxır ki, bu da sizin hər zaman yola çıxa biləcəyinizə zəmanət verir.
*Yürüş və güc göstəriciləri WTLP testlərinə əsaslanırlar.
*Yürüş və güc göstəriciləri WTLP testlərinə əsaslanırlar.
Dünyada ilk dəfə orta dirəyin (B-dirəyin) patentləşdirilmiş yeni birləşdirmə texnologiyasının istifadəsi sayəsində əldə olunan yüksək səviyyəli möhkəm gövdə, EV9 modelinə sərnişinlərin maksimal təhlükəsizliyini təmin etməyə imkan verir.
*Nümayiş üçün nəzərdə tutulmuş, əlavə funksiyalara malik EV9. Xüsusiyyətlər, rənglər, materiallar, aksesuarlar və spesifikasiyalar seriya modelində ölkədən asılı olaraq fərqlənə bilər.
*Nümayiş üçün nəzərdə tutulmuş, əlavə funksiyalara malik EV9. Xüsusiyyətlər, rənglər, materiallar, aksesuarlar və spesifikasiyalar seriya modelində ölkədən asılı olaraq fərqlənə bilər.
Yolsuzluq (Terrain) rejimi seçin və süni intellekt texnologiyası nəqliyyat vasitəsindən əldə olunan siqnalları nəzərə alaraq qar, palçıq və qum kimi qeyri-sabit səthlərdə təhlükəsiz idarəetməni təmin etmək üçün müvafiq tədbirlər görür.
Performans
Həmişəkindən daha üstün
Qabaqcıl texnologiyalar
Yolu inqilablaşdırmaq
- Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
-
Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60