Go to content

Eco

Ekologiya dostu enerji əsrinin gəlişi

Ekologiya dostu enerji əsrinin gəlişi

Eco

Ekologiya dostu avtomobillər (və ya yaşıl avtomobillər) gələcəyin daşınmasında önəmli rol oynayacaqlar və benzinlə çalışan avtomobillərdən elektriklə çalışan avtomobillərə keçiş artıq norma olmuşdur. Faktlara əsaslansaq, bütün avtomobil bazarı hər il yalnız 2 faiz həcmində böyüdüyü halda, yaşıl avtomobil bazarı hər il öz həcmini ikiyə qatlayır. Eyni zamanda, ətraf mühitin idarə edilməsi bütün fəaliyyət sahələri üçün mərkəzi yer tutur və Kia artıq 2020-ci il üçün planlaşdırdığı hədəfi vaxtından erkən şəkildə gerçəkləşdirdi, yaşıl avtomobillər üçün qlobal bazarda ikinci yeri (Hyundai Motor Company ilə ümumi bazar payına əsasən) almaq məqsədinə çatdı.

Kia-nın ekologiya dostu brendi

"Dynamics" (Kia’s brend dəyəri) və "Ecology" və "Economy" bildirən "Eco" sözlərinin birləşməsindən əmələ gələn "ECO dynamics" ("Ekologiyanı Qoruyan Daşınmanın Avtomobili") şirkətin insanlığa və beynəlxalq mühitə mühüm ölçüdə yardım etməyi hədəfləməsini özündə simbolik şəkildə ifadə edir.

2018-ci ildə şirkətin hədəfi tutduğu ikinci yeri qorumaq və eyni zamanda yaşıl avtomobilistehsalatını beş HEV, beş PHEV, beş EV və bir FCEV avtomobilləri olmaqla 2025-ci ilədək toplamda 16 modelə qədər genişləndirmək olmuşdur. Şirkət HEV və PHEV variantları müvafiq olaraq 2016 və 2017-ci illərdə tanıdılan Niro modelinin EV versiyasını hazırlamaqdadır. Gördüyünüz kimi avtomobil sənayesi tam sürətlə irəliləyir və yaşıl avtomobillər daşınmanın gələcəyini təmsil edirlər.

ECO
2011-ci ildə Optima (K5) modeli və 2013-cü ildə Cadenza (K7) modeli kimi hündür ölçülü modellərinin HEV variantlarını ilk olaraq tanıdan Kia 2016-cı ildə Niro HEV avtomobilini bu sıraya əlavə etmişdir və gələcəkdə bütün modellərində HEV variantını tətbiq etməyi planlayır. Hybrid power train ilə SUV bədənini birləşdirərək bəyənilən Niro HEV 19.5 km/ℓ -lıq yanacaq sərfiyyatı və 79 g/km –lıq karbon emissiyası ilə beynəlxalq bazarda seçilir. Niro HEV avtomobilinin batareyası sərnişinin oturma sahəsini və ya baqajın sahəsini azaltmadan arxa oturacaqların altında ağıllı bir şəkildə yerləşdirilmişdir və vaxt limiti olmayan zəmanət ona qarşı bazar etimadı yaratmışdır.

2017-ci ildə Niro modeli Koreya bazarında ən çox satan hibrid avtomobili və ABŞ yaşıl avtomobili bazarında ikinci ən çox satan HEV avtomobili olmuşdur. Bu model ABŞ-ın Automotive Lease Guide tərəfindən tərtib olunmuş qalıntı dəyəri sıralamasında alternative yanacaq kateqoriyasında ilk yeri tutan ilk Koreya avtomobili olmuşdur.

Ekskluviz olaraq dizayn edilmiş ekologiya dostu powertrains ilə Niro modeli hybrid, plug-in hybrid və full electric versiyalarına sahibdir. 2016-cı ildə hybrid variantının buraxılışından sonra, Niro plug-in hybrid modeli 2017-ci ildə bazara tanıdıldı. Niro PHEV Optima (K5) PHEV avtomobilindən sonra şirkətin ikinci plug-in hybrid avtomobili sayılır. Onun EV rejimində tamamilə elektrikli məsafəsi 26 g/km qədər az miqdarda karbon emissiyası ilə birlikdə 40 km-dir. Niro PHEV mühərrik qənaətcillik göstəricisi 18.6 km/ℓ -dir və EV rejimində ikən bu 5.1 km/kWh-ə qədər inkişaf edərək avtomobilin yanacağın və bateriyanın enerjisinin tam dolu vəziyyətində 840 km-ə qədər məsafə qət etməsinə imkan yaradır.
ELEKTRİK
Kia 2011-ci ildə özünün ilk elektrik avtomobili olan RAY EV avtomobilini satışa buraxdı və 2014-cü ildə Soul EV avtomobilini bu sıraya əlavə etdi. Bundan sonra hər bir model hər il təkmilləşdirildilər. 2018-ci ildə yeni nəsil modellər ərazidən düzgün istifadəni maksimallaşdırmaq, bərabər ağırlıq paylaşımı həyata keçirmək və batareyanın tutumunun çox xüsusiyyətliliyini artırmaq üçün tutumu 5 kWh səviyyəsinə endiriləcək olan məişət daxili inkişaf etdirilmiş batareya sisteminin seqmentasiyası üzündən önəmli şəkildə inkişaf etdirilmiş məsafə qət etmə qabiliyyəti ilə (çeşidlilik ilə) satışa buraxılacaqlar.

Əlavə olaraq Niro EV avtomobili Soul EV avtomobilinin 180 km-lik məsafə qət etmə qabiliyyətinə nisbətdə iki dəfədən daha çox olan 380 km-lik artırılmış məsafə qət etmə qabiliyyəti ilə 2018-ci ilin sonundan etibarən satışa qoyulacaqdır. Kia sürüş məsafəsini qısa və ya uzun məsafəli olmaqla kateqoriyalaşdıraraq və enerjinin tam dolmasının daha tez gerçəkləşməsi ilə satış qabiliyyətini artıraraq müştərilər üçün seçim çeşidliliyini artıracaq. Hal hazırda yüksək gərginlikli sistem təkmilləşdirilmə prosesindən keçir və eyni zamanda şirkət elektrik avtomobillərinin istifadəsini genişləndirmək üçün yüksək gərginlikli sürətli enerji cihazları üçün beynəlxalq standartların inkişafında iştirak edir.

Yanacaq hüceyrəli elektrik avtomobili havadakı oksigen ilə elektrik motoruna güc verən təzyiq olunmuş hidrogeni birləşdirərək elektrik yaradan yanacaq hüceyrəsinə sahib elektrik avtomobili növüdür. Nəticədə emissiyanın yalnız su olmasına görə bu növ avtomobillər həqiqətən də ekologiya dostudur. Sürətli enerji yığma qabiliyyətlərinə baxmayaraq, uyğun hidrogen doldurma infrastrukturu olmadığına görə FCEV avtomobilləri bazarda istənilən nailiyyəti əldə edə bilmədilər. Bazar davamlı şəkildə böyüyərkən FCEV avtomobilləri hələ də gələcəyin ekologiya dostu avtomobilləri olaraq hesaba alınır. Kia 1998-ci ildən başlayaraq yanacaq hüceyrəsi texnologiyasını inkişaf etdirir. 2003-cü ildə ilk nəsil Mohave FCEV avtomobilinin inkişaf etdirilməsindən sonra, ikinci nəsil model 2008-ci ildən bəri bazarda uğurunun hesablanması məqsədi ilə gözləmədədir. Bu model tək enerji ilə dordurulmada 160 km/h –lıq maksimum sürət ilə 690 km-ə qədər məsafə qət edə bilir.