Go to content

Autonomous

Müstəqil idarə olunma xüsusiyyətinə malik avtomobillərin gələcəyi

Müstəqil idarə olunma xüsusiyyətinə malik avtomobillərin gələcəyi

Muxtar

Bir an bu barədə düşünün. Sizin avtomobiliniz öncədən bəlli məkana doğru ətrafa nəzarət edərək irəliləyir, və siz bu arada öz işinizlə məşğul olursunuz və ya arxaya yaslanıb dostunuzla danışırsınız. Müstəqil idarə olunma xüsusiyyətli avtomobil texnologiyasının yaxın gələcəkdə bizim qarşımıza qoyacağı xidmət budur.

Drive Wise
Müstəqil idarə olunma texnologiyası bir çox dəqiq, mürəkkəb və ən yeni texnologiyaları özündə birləşdirir. Hər bir texnologiya birlikdə advanced driver assistance system (ADAS) adlanırlar. ADAS texnologiyası 3 mərhələdən ibarətdir: ətrafa nəzarət etmək, qərar vermək və sonra avtomobili idarə etmək. Bununla birlikdə, bütün bu addımlar kifayət qədər inkişaf etdirildikdə və nəqliyyat vasitələrini tam idarə etmək üçün kifayət qədər inteqrasiya olunduqda, Müstəqil idarə olunma texnologiyası mükəmməl olur. . Geri qalan isə avtomobillərin daxili hissəsi olan kommunikasiya texnologiyasıdır. Kia-nın özünü idarə etmə texnologiyası barəsindəki görüşü 2016-cı ildə istifadəyə verilmiş ADAS təməlli özünün müstəqil idarə olunma texnologiyası brendi olan DRIVE WiSE ilə həyata keçirilir.

DRIVE WiSE təhlükə risklərini mənşəyində həll edir, sürücüyə avtomobilin ətrafı barədə məlumat verir və daha təhlükəsiz, daha rahat və daha qənaətcil bir yol ilə avtomobilin idarəsini öz əlinə ala bilir.
V2X (Vehicle to Everything)
Kommunikasiya şəbəkəsi ilə avtomobilinizi sürərkən digər avtomobillər vəya infrastruktur ilə məlumat dəyişmə və ya paylaşma texnologiyası. Yollarda quraşdırılan ağıllı sensorlar ətrafa nəzarət edərək avtomobillər, piyadalar və yol şəraiti barədə məlumat verirlər.
FCA (Forward Collision Avoidance Assist)
Yolda potensial ön tərəfdən toqquşma riskinə qarşı sürücünü xəbərdar edən və əyləc və dönmə sistemlərinin idarə etməsini öz əlinə keçirən təhlükəsizlik sistemi.
HDA (Highway Driving Assist)
Avtomatik olaraq öncədən təyin olunmuş ağıllı cruise control sürətini dəyişdirərək və dönmə sistemini də idarə edərək öndəki avtomobillə arada lazımi məsafənin saxlanmasını və öz xətti daxilində qalmasını təmin edən, sürücünü sürüş stresindən azad edən rahat sürüş texnologiyası.
LKA (Lane Keeping Assist)
Dönmə sistemini idarə edərək avtomobili öz xətti daxilində saxlayan təhlükəsiz sürüş köməkçisi sistemi.
Automated Valet Parking System (AVPS)
Avtomobilin müstəqil idarə olunma sensorlarından efektiv şəkildə istifadə edərək bu texnologiya park etməni, valet park etmə xidmətləri qədər rahat vəziyyətə gətirir. Avtomobil özü sürücü olmadan park yeri axtara bilir. Avtomobil özünü park edə bilir və siz olduğunuz məkanı tərk edərkən avtomobili çağıra bilərsiniz. Bu xüsusiyyət lazım gəldikdə elektrik avtomobilinizin enerjisini yığmasında və yığdıqdan sonra növbəti elektrik avtomobilinin də enerji yığmasına imkan yaratmaq üçün digər park yerinə doğru hərəkət etməsində istifadə oluna bilər.