Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Əvvəlcə hansı akkumulyator gözünə qoşulmaq lazımdır?

Əvvəlcə hansı akkumulyator gözünə qoşulmaq lazımdır?

"Əvvəlvə müsbət, sonra isə mənfiyə qoşulmaq lazımdır. Köhnə akkumulyatordan naqilləri ayıran zaman birinci mənfini, sonra isə müsbəti ayırmaq lazımdır. Yeni akkumulyatoru isə tam tərsinə, əvvəl müsbət sonra isə mənfi olaraq qoşun."

Köhnə akkumulyatoru ayıran zaman yadda saxlayın ki, birinci mənfi hissədən naqili ayırmaq (adətən qara rəngli, - işarəli olur), sonra isə müsbət naqili (adətən qırmızı, + işarəli olur) ayırmaq lazımdır. Ehtiyatlı olun və yadda saxlayın ki, eyni zamanda mənfi və müsbət terminallara metal alətlə toxunmaq olmaz.

 

Terminalları ayırandan sonra akkumulyatoru qoruyan başlığı çıxardın və yavaşca onu yerindən götürün. 

Yeni akkumulyatoru yerləşdirməzdən əvvəl əmin olun ki, hər iki terminal və naqillərin üstü tozlu deyil. Əgər toz varsa onu su, soda və fırça ilə təmizləyə bilərsiniz.

 

Daha sonra, yeni akkumulyatoru ehmalca yerləşdirin və bərkidin. İndi isə akkumulyatoru birinci müsbət sonra isə mənfi olmaq şərti ilə naqilləri qoşun. Əmin olun ki, akkumulyator yerində möhkəm dayanıb.