open menu
Util Menu
"Avtomobilin akkumulyatoru sürüş tərzi və hava şəraiti kimi təsirlərdən asılı olaraq 3 ildən 5 ilədək fəaliyyət göstərə bilər."
Hər bir cihazın enerji yığmağa ehtiyacı olduğu kimi, avtomobilinizin akkumulyatoru da enerji yığdığı zaman performansının və məhsuldarlığının azalması qaçılmazdır. Düzgün qayğı nəticəsində avtomobilin akkumulyatorunun ömrü 5 ildən daha çox ömür sürə bilər. Lakin, siz avtomobilinizi gündəlik olaraq ortalama şəraitdən aşağı səviyyədə istifadə edirsinizsə akkumulyatoru 3 il içində dəyişmək daha məqsədəuyğundur. Bundan əlavə, hər akkumulyator fikirləşdiyiniz qədər dözümlü olmaya bilər və hətta bəzi təhlükələrə səbəb ola bilər.
Avtomobilin akkumulyatorunun ömrü aşağıdakı sadalananlara görə təsirlənə bilər:
1) Hava şəraiti
Çox isti və ya çox soyuq hava akkumulyatora ziyan vura bilər. Əgər ektrim hava şəraitində yaşayırsınızsa bu o deməkdir ki, akkumulyatoru məsləhət olunan zamandan daha tez dəyişməlisiniz.
2) Sürüş tərzi
Təkrar olunan qısa sürüşlər akkumulyatorun ömrünü qısaldan bir amil kimi hesab oluna bilər. Çünki, qısa yolda akkumulyator lazımi enerjini yığa bilmir. Digər tərəfdən, avtomobilinizi uzun müddər park halında və ya qarajda saxlamaq akkumulyatorun gücünü zəiflədir.
Zəif akkumulyatorlu avtomobili idarə etmək sizin yarı yolda qalmağınıza potensial səbəb olar bilər, ona görə də xəbərdarlıq siqnallarına nəzər yetirməyiniz mütləqdir:
Kia avtomobilləri adətən təmir olunmayan akkumulyatorlarla təchiz olunur. Əgər akkumulyatorunuzun üzərində LOWER və UPPER hissəsi qeyd olunubsa siz akkumulyatorun vəziyyətini ölçə bilərsiniz. Əgər işarə LOWER və UPPER-in ortasında yerləşirsə bu ideal vəziyyətdir. Əgər səviyə aşağıdadırsa distillə olunmuş su əlavə etməyinizə ehtiyac var. Doldurma zamanı əmin olun ki, suyu akkumulyatorun üzərinə və ha avtomobilin hansısa hissəsinə sıçratmamısınız. Həmçinin, nəzərə alın ki, mayeni çox əlavə etdiyiniz təqdirdə digər hissələrin karroziyasına səbəb ola bilərsiniz. Əmin olun ki, mayeni əlavə edəndən sonra qapaqları sıxmısınız.
Yadda saxlayın ki, biz məsləhət görürük ki, bu kimi hallarda rəsmi Kia dileri ilə əlaqəyə keçəsiniz.