open menu
Util Menu
"Əvvəlcə telefonunuzu Bluetooth alətləri siyasıhısına əlavə etməyiniz tələb olunur. Telefonda bluetooth-u açın və ekrandan telefonunuzu seçin."
Bluetooth qoşulmaları üçün əvvəlcə cihazınızı Kia-ya qoşmalısınız. Belə ki, bunu etmək üçün cihazınız Kia-nın Bluetooth cihazları siyahısında olmalıdır, 5 cihaz əlavə edə bilərsiniz. Qoşmağın yolu aşağıda qeyd olunub.
1) Kontrol panelindən [PHONE] düyməsinə basın, sonra isə Phone settings > Add new device. Alternativ olaraq, sükan çarxının üzərindəki Call/Answer düyməsini basaraq qoşula bilərsiniz.
2) Qoşulmaq istədiyiniz cihazda Bluetooth-u açın. Avtomobilinizin adını sistemdə axtarın və seçin.
3) Kodu yazıb təsdiq edərək qoşulmanı tamamlayın.
* Əgər cihazınızın ekranın kod istəyi çıxırsa, “0000” yazın, bu kod həmçinin avtomobilin displeyində görünəcək.
* Əgər 6 rəqəmli kod ekranınızda görsənirsə əmin olun ki, displeydə olan şifrə ilə eynidir və qoşulmanı cihazda təsdiq edin.
Bluetooth adətən cihaz tanındıqdan sonra avtomatik olaraq qoşulur, lakin elə hallar da var ki, qoşulmada problem yaransın. Məsələn, ‘Bluetooth Smart’ özəlliyi yalnız bu funksiyaya malik olan cihazlarda aktiv ola bilir.
Kia-nıza əvvəl qoşulmuş cihazı qoşmaq asandır, lakin eyni anda yalnız 1 cihazı qoşa bilərsiniz.
1) İdarə panelindən [PHONE] düyməsini seçin, sonra isə Phone settings > Paired devices seçməlisiniz. Əgər hələ də qoşulan cihaz yoxdursa sükan çarxının üzərində Call/Answer düyməsini basaraq qoşula bilərsiniz.
2) Seçdiyiniz cihazı seçmək üçün [TUNE] düyməsini çevirin, sonra qoşulmaq üçün düyməni basın.
*Əgər artıq başqa telefon qoşulubsa ilk öncə qoşulmuş cihazlar siyasıhısından həmin telefonu çıxarın.