open menu
Util Menu
"Məsləhət olunan təyziq dərəcəsi avtomobilin kitabçasında və təkərin etiketində qeyd olunur. Adətən balaca təkərlərdə 30 psi, orta təkərlərdə 36 psi, böyüklərdə isə 42 psi olur."
Məsləhət olunan təkər təyziqi avtomobilin və təkərin ölçüsünə görə dəyişir. Hər seqmentə uyğun təkər ölçüsünə əsasən balaca ölçülü təkərdə təyziq 30 psi, orta ölçüdə 36 psi, böyük ölçüdə isə 42 psi olur.
Nəzərə alın ki, istidə təkərlərin təyziqi məsləhət olunan dərəcədən 4-6 psi çox ola bilər.
Təkərlər o zaman soyuq hesab olunur ki, avtomobil azı 3 saatdır ki, sürülmür və ya 1.6 km-dən az məsafədə sürülüb.
Soyuq təkərlərin təyziqi ilə bağlı məlumat avtomobilinizin kitabçasında və təkərin etiketinin üzərində qeyd olunur.
Yuxarı və ya aşağı təyziqlə istifadə olunan təkərlər qeyri bərabər şəkildə yeyilir. Yeyilmiş təkərlər isə zəif idarəetməyə, idarəetmənin itirilməsinə, təkərlərin cırılasına və ya partlamasına səbəb olur ki, bu da qəzaya, yaralanmaya hətta ölümə belə səbəb olur. Siz heç olmasa ayda bir dəfə təkərləri yoxlamalısınız. Aşağıda qeyd olunan formada yoxlaya bilərsiniz:
1) Təkər soyuq olanda onun təyziqini ölçmək üçün ideal keyfiyyətda kalibr hazırlayın.
- Siz təkərə baxaraq onun kifayət qədər doldurulduğunu görə bilməzsiniz.
- Hava nasosunun üzərindəki kalibrə inanmayın
2) Təkərin hava doldurulan yerində valı çıxardın
3) Valı açandan sonra kalibri ona keçirdin və təyziqə baxın. Əgər məsləhət görülən təyziqlə eynidirsə hazırdır.
4) Əgər təyziq məsləhət olunandan çox aşağıdırsa hava əlavə edin.
Əgər təyziq çox yüksəkdirsə, valın ortasındakı metal çıxıntını sıxaraq havanın çıxmasına şərait yaradın.
5) Təyziq ölçənlə yenidən təyziqi ölçün