Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Avtomobilin təkərlərinin nə qədər ömrü var?

Avtomobilin təkərlərinin nə qədər ömrü var?

Fiziki və hava faktorları ilə birlikdə sürüş tərzi də təkərlərin ömrünə təsir edir. Lakin məsləhət görülür ki, 10.000-50.000 km arasında təkərləri dəyişəsiniz.

Təkərin ömrü bir neçə fərqli faktordan asılı ola bilər, lakin məsləhət görülür ki, 10.000-50.000 km aralığında avtomobilin təkərlərini dəyişəsiniz.

 

Təkərlərin ömrünü qısaldan bir neçə faktoru nəzərinizə çatdırırıq:

 

  • Fiziki faktorlar

1) Yaş

2) Təkərin köhnəlməsi və yeyilməsi

  • Yol və hava şəraitləri

1) Kələ-kötür yollar

2) Səkilər və maneələr

3) İntensiv yağış, qar və buz

4) Güclü gün işığına məruz qalma

  • Sürüş vərdişləri

1) Yüksək sürət

2) Ani sürətlənmə və tormozlama

3) Ağır yük

4) Uzun məsafəli sürüş

  • Uyğunsuz istifadə

1) Təkərin hava səviyyəsinin tənzimlənməməsi

2) Ayarlanma və fırlanma

3) Təkərlərin yalnış kombinasiyası

4) Uyğun olmayan təkər və disk ölçüsü

5) Yeyilmiş təkərin istifadə olunması   

Məsləhət görülür ki, təkərlərin havasını ən azı ayda bir dəfə və ya uzun məsafəli sürüşdən öncə yoxlatdırın.

✔ Təkərlərin havasını yoxlatdırın

✔ Aşağıda qeyd olunnanlarla aşınmanı yoxlayın

1) Şinlərin dərinliyi

2) Aşınma göstəricisini

Əgər təkər bərabər şəkildə aşınmışdırsa aşınma göstəricisi şin üzərində möhkəm bir bant kimi görünəcəkdir. Bunu gördüyünüz təqdirdə mütləq olaraq təkəri dəyişin, çünki bu o deməkdir ki, təkərin üzərin 1.6 mm yer qalıb. Şinləri dəyişmək üçün bantın bütün dişlər üzərində görünməsini gözləməyin.

3) Qəpik testi

✔ Aşınma və dağılmanı yoxlayın

 

Əlbəttə ki, həmişə məsləhət olunur ki, təkər mütəxəssisinə müraciət edəsiniz. Onlar sizə köhnə təkərlərə əlvida dəmək vaxtı ilə bağlı daha dəqiq məlumat verəcəklər