Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Avtomobilin lampasını necə dəyişmək olar?

Avtomobilin lampasını necə dəyişmək olar?

"Lampanın örtüyünü çıxarın, lampanı yerindən ayırın və çıxarın. Yeni lampanı yerinə taxın, onu qoşun və örtüyü yerinə bərkidin."

Avttomobilin lampasını dəyişmək forması lampanın tipinə görə dəyişə bilər. Normal fənərlərin lampasının dəyişdirilməsi yolu aşağıda qeyd olunub.

 

1) Mühərriki söndürün. 

2) Kapotu açın.

3) Lampa örtüyünü saat istiqamətinin əksi yönündə çevirərək çıxarın.

4) Fənəri qoşulduğu enerji mənbəyində ayırın.

5) Əvvəl uc hissəsini açacaraq sonra yuxarıya doğru itələyərək fənər lampa tutma telini açın.

6) Lampanı çıxarın.

7) Yeni lampanı taxın və teli fənəri yivə uyğunlaşdıraraq, tutma telini yerləşdirin.

8) Fənəri enerji mənbəyinə qoşun.

9) Saat istiqamətində çevirərək örtüyü bağlayın.

 

Əgər LED fənərlərdə hər hansı problem varsa siz rəsmi Kia servisinə müraciət etməlisiniz. Həmin işıqların dəyişdirilməsi peşəkar iş tələb edir, çünki bu fənərlər tək component olaraq dəyişdirilmir.

 

Ehtiyacınız olacaq:

  • Lampa
  • Otvertka
  • mandal
  • Təhlükəsizlik əlcəyi
  • Eynək