open menu
Util Menu
"Ən yeni Kia SUV avtomobillərinə misal olaraq mükəmməl mükafat və rekord tarixçəsinə malik, tam yeni ortaölçülü SUV olan Telluride modelini və həm klassik həm də atletik dizayna malik, Kianın compact SUV bazarına girişi olaraq da dəyərləndirilən Seltos modelini misal gətirmək olar.”
Telluride Kianın ona cəsarətli görünüş verən kəskin quruluş və zəriflik əlavə edən ağıllı dizayn komponentlərinə malik tam yeni ortaölçülü SUV avtomobilidir. Bu 3 cərgəli və geniş salona malik SUV avtomobili 8 nəfərlik tutuma malikdir. Kianın bu lider SUV avtomobili son zamanlarda bir sıra uğurlara imza atmışdır. Bu uğurlara Texas Motor Press Association tərəfindən ilk Texas Off-road Invitational mərasimində ən yaxşı SUV avtomobili seçilməsini, Northwest Automotive Press Association (NWAPA) tərəfindən “Mudfest” və Texas Auto Writers Association tərəfindən keçirilən “Texas Auto Roundup” mərasimlərində 1-ci yerə layiq görülməsini misal göstərmək olar.
Seltos 2020 ilə Kia compact SUV avtomobil seqmentinə önəmli giriş etdi. Seltos modeli öz adını qədim yunan mifologiyasının personajlarından biri olan Herculesin oğlu Celtosdan alır, onun cəsurluğu və özünə inamını özünün simvolu halına gətirir. "C" hərfinin "S" (speedy, sürətli sözünün ilk hərfi) hərfi ilə dəyişdirilməsi avtomobilin diqqət cəlb ediciliyi və atletik olmasını vurğulayır. Seltos 2020 modeli klassik dizaynı, bənzərsiz keyfiyyəti və yüksək səviyəyə malik texniki özəllikləri özündə birləşdirərək cavan və texnologiyaya meyilli gəncləri hədəf alır.
*Modellər marketlərə görə dəyişiklik göstərə bilərlər.