Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Elektrik avtomobilləri ətraf mühit üçün daha yaxşıdır?

Elektrik avtomobilləri ətraf mühit üçün daha yaxşıdır?

"Elektrik avtomobilləri ətraf mühitə və sağlamlığa zərərli qazları havaya buraxmadıqları üçün qaz və ya benzin istifadə edən avtomobillərlə müqayisədə təbiət dostudurlar."

Elektrik avtomobillərinin bir sıra zəif cəhətləri olsa da, dizel və ya benzinlə çalışan avtomobillərlə müqayisədə daha təbiət dostudurlar. Bir sıra tədqiqatlar da onu sübut edir ki, elektrik avtomobillərinin daha qənaətcil və sərfəlidir. Belə ki, elektrik avtomobillər elektrik stansiyalarından daha az zərərlidirlər.

 

Büdcə perspektivindən baxdıqda da elektrik avtomobillərinin yanacaq xərclərindən azad olduğu məlumdur.

 

Daha geniş perspektivdən baxdıqda məlum olur ki, elektrik avtomobilləri havadakı istixana efektini azaltmaqla birlikdə hər kəs üçün havanın keyfiyyətini də artırır.

Elektrik avtomobilləri istixana qazı buraxmırlar, çünki motor gücü batareyadan alır və daxildə yanacaq yandırmır. Onlar həmçinin motor yağı və ya antifriz kimi zərərli və çirkləndirici mayelərin istifadəsinə də demək olar ki, ehtiyac duymurlar.

Həm sıradan bir avtomobildə həm də elektrik avtomobilində batareyaları dəyişməyə ehtiyac olur. Elektrik avtomobillərinin batareyaları sıradan bir avtomobilin batareyasından ətraf mühiti daha az çirkləndirir. 

Bir sıra tədqiqatlar göstərir ki, elektrik avtomobilləri daha qənaətcildir. Əgər elektrik avtomobilinizi fosil yanacaqdan istehsal olunan enerji ilə doldursanız belə yanacaq sərf etmə effektivliyi benzinlə çalışan avtomobildən 4% daha yüksək olacaqdır. 2020-ci ilədək elektrik avtomobilləri enerjinin sadəcə üçdə ikisini sərf edərək benzinlə çalışan avtomobilin getdiyi məsafəni gedə biləcəklər.

KIA EV bəyan olunması: İmagine by KIA

Kianın yeni-nəsil crossover EV konsepti olan "İmagine by KIA"-nın dünya premyerası, Geneva, Palexpoda keçirilən 2019 Geneva Motor Showda baş tutdu. "İmagine by KIA" gələcəkdəki EV modelləri üçün yeni imkanlar təklif edir və yüksək texnologiyanın geniş inteqrasiyası məsələsindən də o tərəfə keçərək sürücülərin emosional ehtiyaclarını qarşılamaq üçün insan mərkəzli dizayn gerçəkləşdirməyi hədəfləyir.

 

KIA EV tanınması: Niro EV

Popular Mechanics jurnalı bazarda kifayət qədər elektrik avtomobili olmasına baxmayaraq Kia Niro EV modelinə "İlin avtomobili" titulunu verdi. Niro EV cəlbedici dizaynına, bənzərsiz stilinə, praktik olmasına və yüksək performansa sahib olmasına görə dünya bazarında məşhurluq qazandı.