open menu
Util Menu
"Sportage, Sorento və Telluride modelləri öz dizayn, keyfiyyət və təhlükəsizliklərinə görə dünya bazarında seçilirlər."
Hər bir Kia SUV avtomobilinin özünə məxsus xüsusiyyətləri vardır. Daimi olaraq bəyənilən və tanınan Kia SUV avtomobillərinə Sportage və Sorento modellərini misal göstərmək olar. Həmçinin, ən son Kia SUV modeli olan Telluride də öz performans və dizaynına görə seçilir. Bu model 3 fərqli nominasiya üzrə 1-ci yerə layiq görülmüşdür. Sorento 2019 modeli IIHS Top Safety Picks sıralamasında, Sportage isə 2018-ci ildə IIHS tərəfindən ən təhlükəsiz modellər arasında öz yerini almışdır
Özünüz, ailəniz və həyat tərziniz üçün doğru SUV avtomobilini seçmək bir az çətin proses ola bilər. Seçim zamanı daha dəqiq bir qərara gələ bilmək üçün bəzi önəmli sualları özünüzdən soruşa bilərsiniz:
⍰ Büdcəm nə qədərdir?
⍰ Neçə oturacaq lazımdır?
⍰ Nə qədər baqaj həcmi lazımdır?
⍰ Yanacaq sərfiyyatı nə qədər önəmlidir?
⍰ Yaxın zamanda yolsuzluq şəraitində avtomobil idarə etmə planım varmı?
Kia Sportage
Sportage modeli 2016-cı ildə beynəlxalq arenada yüksək nüfuza malik Good Design Award və iF Desing Award kimi 3 ən əsas mükafatı qazanaraq önəmli nəaliyyətə imza atmışdır. Bütün dünyada 5.5 milyondan çox satışı olan bu model IIHS tərəfindən tərtib olunmuş Top Safety Picks sıralamasındakı modellərdən biri olmuş, 2019 U.S. National Highway Traffic Safety Administration (NHTSA) tərəfindən isə təhlükəsizlik reytinqi 5 ulduz olaraq dəyərləndirilmişdir. Sportage modeli həmçinin J.D. Power Initial Quality Study (IQS) and Vehicle Dependability Study (VDS) tərəfindən "Compact SUV" kateqoriyası üzrə 1-ci yerə layiq görülmüşdür. Sportage həm də AutoPacific tərəfindən 2017 Ideal Vehicle Award (IVA) mükafatının qalibi olmuşdur. Bu çevik SUV həm də gözəl interyer dizayna, ağıllı özəlliklərə və rahat sürüşə malikdir.
Kia Sorento
2019 U.S. National Highway Traffic Safety Administration (NHTSA) tərəfindən təhlükəsizlik reytinqi 5 ulduz olaraq dəyərləndirilən bu model 2019-cu ildə Insurance Institute for Highway (IIHS) tərəfindən ən yüksək təhlükəsizlik reytinqi olan Top Safety Pick Plus (TSP+) mükafatını qazanmışdır. Sorento modeli 2018-ci ildə J.D. Power’s Initial Quality Study tərəfindən "mid-size SUV" kateqoriyası üzrə 1-ci yerə, 2016-cı ildə isə Strategic Vision tərəfindən "highly-competitive mid-size CUV" kateqoriyası üzrə "Ən çox sevilən avtomobil" mükafatına layiq görülmüşdür. Öz göstəriş və performansına görə beynəlxalq aləmdə yüksək nüfuza malik bu model uyğun qiymətə möhtəşəm rahatlıqda idarə etmə imkanları təqdim edir. Sorento Kia RV satışlarında çox önəmli yer tutan bir model olaraq, aylıq 5000-dən çox və bütün dünyada ümumi 3.28 milyon satışa malikdir.
Kia Telluride
2019-cu ildə Telluride modeli Texas Motor Press Association tərəfindən keçirilən Texas Off-road İnvitational mərasimində SUV kateqoriyası üzrə bir çox SUV avtomobillərini qabaqlayaraq 1-ci yerə layiq görülmüşdür. Eyni ildə bu model Northwest Automotive Press Association (NWAPA) tərəfindən "Mudfest" olaraq da bilinən "25th Annual Outdoor Activity Vehicle of the Year" mərasimində “mid- and the full-size CUV” kateqoriyası üzrə qalib olmuşdur. Telluride modeli özünün yolsuzluq və sürüş həzzi ilə öncül modelləri geridə qoyaraq Texas Auto Roundup mərasimində də 1-ci yerə layiq görülmüşdür.
*Modellər bazarlara görə dəyişiklik göstərə bilərlər.