Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. VIN nədir?

VIN nədir?

"VIN Vehicle Identification Number-in abbreviaturasıdır və hər avtomobilə istehsal sonrasında verilən müxtəlif rəqəm və hərflərdən ibarət nömrəyə deyilir."

Vehicle Identification Numberın abbreviaturası olub, hər avtomobilə istehsal sonrasında verilən müxtəlif rəqəm və hərflərdən ibarət nömrəyə deyilir. VIN düz xətt şəklində sıralanmış aralarında boşluq olmayan 17 işarədən ibarətdir və bu işarələrə Q/q, I/i, and O/o kimi rəqəmlərlə qarışdırıla biləcək hərflər daxil deyil. VIN-in hər bir hissəsi özündə avtomobil haqqında nə zaman, harada və kim tərəfindən istehsal olunması kimi məlumatlar daşıyır.

 

VIN 2-ci əl avtomobil alınan zaman avtomobil haqqında məlumat almaq üçün istifadə edilə bilər. Həmçinin, VIN bəlli bir avtomobilin keçmişini izləyərək həmin model ilə bağlı təhlükəsizlik problemi və ya defektin olub olmaması kimi məlumatları əldə etmək üçün də istifadə edilə bilər.

VIN tapıla bilər:

image1
① Vehicle Identification Number (VIN) avtomobilinizin qeydiyyata salınmasında istifadə olunur və bütün qanuni məsələlərdə öz sahibinə aiddir. VIN avtomobilin motor bölməsinin ön divarında qeyd olunmuşdur.
image2
② VIN sükanın üzərindəki lövhədə qeyd olunmuşdur. Lövhə üzərindəki nömrə ön pəncərənin çölündən rahatlıqla görünə bilər.
image3
③ VIN sürücü tərəfdəki qapını dəstəkləyən hissə üzərindəki avtomobil sertifikasiya nişanı üzərində qeyd olunmuşdur.

VIN-in daşıdığı məlumatları anlamaq üçün, VINi hissələrə bölərək öyrənmək ən yaxşısıdır:

 

1. İlk 3 element World Manufacturer Identifier (WMI) hesab olunur:

  • İlk element istehsal yerini bildirir. Hər bir ölkə fərqli WMI koduna sahibdir.
  • İkinci element avtomobil brendinin adını bildirir, adətən brendin ilk hərfi olur.
  • Üçüncü element ilk iki elementlə birlikdə avtomobilinizin sinfini və ya istehsal bölməsini bildirir.

 

2. Növbəti 6 element “descriptors” adlanır:

  • Dördüncü elementdən səkkizinci elementə qədər model, növ, müxtəlif sistemlər və mühərrik sinfi haqqında məlumat yer alır.
  • Doqquzuncu element təhlükəsizlik elementidir və saxta VIN-lərin qarşısını almaq üçün istifadə olunur.

 

3. Son 8 element “identifier” adlanır:

  • Onuncu element avtomobilin modelinin ilini bildirir.
    * B-dən Y-yə hər bir hərf 1980-ci ildən 2000-ci ilə qədərki bir ili bildirir.
    * 1-dən 0-a  hər bir rəqəm 2001-ci ildən 2009-cu ilə qədərki bir ili bildirir.
    * 2010-cu ildən etibarən bu sıralama A hərfi ilə hesablanmağa başlandı və proses 2030-cu ilə qədər əlifbaya uyğun olaraq davam edəcəkdir.
  • On birinci element avtomobilin yığıldığı məkanı bildirir. Hər bir istehsalçının fabrikləri öz fərqli kod kombinasiyalarına sahibdirlər.
  • On ikinci elementdən on yeddinci elementə qədər olan rəqəmlər hər bir avtomobilə yığılma zamanı verilən rəqəmləri bildirir.